Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, aparılan yoxlamalar zamanı “Dostluq” və “Yamal” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.
Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunublar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:37 / 29.07.2021
Şadlıq saraylarının sahibləri cərimələndi
Hazırda oxunan: Şadlıq saraylarının sahibləri cərimələndi
Hazırda oxunan: Şadlıq saraylarının sahibləri cərimələndi
30402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.