Xaçmazda gəlinin toya gələn qohumları qəzaya düşdü - ölən var

Xaçmazda gəlinin toya gələn qohumları qəzaya düşdü - ölən var

Hazırda oxunan: Xaçmazda gəlinin toya gələn qohumları qəzaya düşdü - ölən var

30386

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Hyundai" dərəyə aşıb, "VAZ-2107" isə maneəyə çırpılıb.

Nəticədə, "VAZ-2107"-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb.

O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, "VAZ-2107"-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO