Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Teymur İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə T.İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
MÖVZU İLƏ BAĞLI:
"Bu adam dəlidirsə, niyə ailəsi var?" - Bakıda qətl törədən şəxs məhkəməyə gətirilmir
Qeyd edək ki, bu ilin sentyabrın 10-da saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər Prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü T.İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı E.İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
T.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bizim.Media