Bu ilin yanvar-iyun ayları ərzində övladlığa götürmə ilə bağlı Agentliyə 182 müraciət edilib.
Bizim.Media xəbər verir ki, bunu Postmuharibə dövründə göstərilən sosial xidmətlər və 2021-ci ilin ilk 6 ayının hesabatı mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 31 ailə övladını uşaq evindən geri götürüb
Onun sözlərinə görə, qeyd olunan müddət ərzində 28 qız, 26 oğlan olmaqla 54 uşaq övladlığa verilib:
“31 uşaq isə ailələrinə qaytarılıb. Övladlığa verilən uşaqlarla bağlı mütəmadi monitorinqlər keçirilir”.
Xatirə, Bizim.Media