Payıza doğru yoluxma artacaq – TƏBİB rəsmisindən XƏBƏRDARLIQ 

Payıza doğru yoluxma artacaq – TƏBİB rəsmisindən XƏBƏRDARLIQ 

Hazırda oxunan: Payıza doğru yoluxma artacaq – TƏBİB rəsmisindən XƏBƏRDARLIQ 

30352

“Son günlər yoluxma sayı artıb. Bu rəqəmlərdə bizi narahat edən 750 sayını görmək deyil. Çünki biz bu rəqəmdən də qat-qat yüksək göstəricilərin şahidi olmuşuq. Narahatçılığımız yoluxmada birdən-birə dirçəlişdir. Hazırki gedişatı nəzərə alsaq, payıza doğru rəqəmlərdə artım olacağı gözlənilir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva son 1 gündə yoluxma sayının 300 nəfərə yaxın artması ilə bağlı məsələdən danışarkən deyib. Onun sözlərinə görə xeyli müddətdir ki, yoluxma sayında azalma və stabillik müşahidə edilirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusa yoluxma sayı 700-ü keçdi – STATİSTİKA


“İnsanlarda bir arxayınlıq yaranmışdı. Daha sonra epidemioloji duruma görə ölkədə yumşaldılma tədbirlərinə gedildi. Hansı ki, bunun nəticəsi hazırki yoluxma sayında özünü ifadə edir. Azərbaycanda olduğu kimi qonşu ölkələrdə də yoluxma sayı artır. Yeni ştammlar gəlir və onlar digərlərindən öz sürəti ilə fərqlənir. Bunlar isə bizi narahat edən məsələlərdir”.

Növbəti qapanmalara gəlincə, qurum rəsmisi qeyd edib ki, qısa bir müddətdə bunun proqnozunu vermək çox çətindir:

“Xəstəxanalarda da hazırda kifayət qədər çarpayı var. Qapanma qərarı gündəlik yoluxma sayına görə deyil, çarpayı doluluğuna görə verilir. Bu həddə çatana qədər kifayət qədər vaxtımız var ki, əhalinin böyük hissəsini vaksinasiyaya cəlb edək.
 

Bu şəkildə davam etsək, heç bir qapanmaya gərək qalmayacaq. Əgər yanvara qədər maska, sosial məsafə və gigiyena qaydaları ilə bağlı təbliğat aparırdıqsa, həmin aydan etibarən daha effektiv üsul olan vaksinasiya prosesi ilə bağlı tədbirlərə başlanıb. Artıq 6 aydır ki, vətəndaşların seçim imkanına 4 növ vaksin təqdim olunub.


Hazırda əhalinin 20 faizi hər iki dozadan peyvəndlənib ki, bu rəqəm qənaətbəxş deyil. 6 aylıq təcrübəmizdə də əmin olduq ki, vaksin olunmuş şəxslər yoluxsalar belə xəstəliyi yüngül əlamətlərlə keçirirlər.

Böyük bir kütləni vaksinasiya edə bilsək, yoluxma sayı gündəlik rəqəmdən asılı olmayaraq heç bir məna ifadə etməyəcək.

Çünki arxayın olacağıq ki, 60-70 faiz insan vaksin olunmuş şəxslərdir.

Çarpayı, ağırlaşmış xəstə və vətəndaş itkisi problemi yaşamayacağıq. Bir daha, xüsusilə bu günlərdə rəqəmlərin sürətlə artdığı və gələcəyi heç cür proqnozlaşdırmadığımız bir dövrdə insanları özlərinin, eləcə də yaxınlarının sağlamlığı naminə peyvəndlənməyə səsləyirik”, deyə infeksionist əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO