Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşa məscidində namaz qıldılar - FOTO

Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşa məscidində namaz qıldılar - FOTO

Hazırda oxunan: Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşa məscidində namaz qıldılar - FOTO

30347

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri davam edir.

Bizim.Media xəbər verir ki, qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.
 

MÖVZU İLƏ BAĞLI:

Parlament sədrləri Şuşada Cıdır düzündə - FOTO


Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şentop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO