Xətai rayonundakı 7 saylı poliklinikada baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza yeni informasiyalar daxil olub. Şəlalə Səfərovanın baş həkim olduğu poliklinika ilə bağlı
Moderator.az-ı bilgiləndirən özəl mənbənin sözlərinə görə, sözügedən tibb müəssisəsində 4-5 ay ərzində əsl zon qaydaları bərqərar olub: “Şəlalə Səfərova 7 saylı poliklinikaya baş həkim təyin ediləndən sonra özü ilə müəssisəyə Sevinc xanım adlı bir nəfər də gətirdi. Əyninə ağ xələt geyinərək səhərdən axşama qədər poliklinikanın bütün kabinet və otaqlarını dolaşan Sevinc xanım, poliklinikanın şəxsi heyətinə müxtəlif göstərişlər verir, kimin kimlə görüşdüyünü, hansı kabinetə kimin girib-çıxdığını diqqətdə saxlayırdı. Hər yarım saatdan bir gördüyü və eşitdiyi hgadisələrlə bağlı baş həkimi məlumatlandıran Sevinc xanıma poliklinika daxilində xüsusi kabinet də ayrılıb. Lakin bəlli bir müddətdən sonra məlum olub ki, Sevinc xanım poliklinikanın ştatına daxil deyil və burada baş həkimdən sonra ikinci yetkili şəxs rolunu qanunsuz olaraq həyata keçirir. 4-5 ay ərzində poliklinikada ikinci məsul şəxs qismində fəaliyyət göstərən Sevinc xanım, 7 saylı poliklinikada zon qaydalarını bərqərar etdikdən sonra qəfil gəldiyi kimi qəfil də yoxa çıxdı. Fəqət ondan sonra poliklinikada yalnız zonlara xas olan bir sistem bərqərar oldu ki, bu sistem də baş həkimin poliklinikada baş verən ən kiçik hadisədən dərhal xəbərdar olmasını təmin edirdi. Bu gün Sevinc xanım poliklinikada olmasa da, onun 4-5 ay ərzində əynində ağ xələt müəssisədə necə, hansı əsasla meydan sulaması məsələsi hələ də sirr olaraq qalır və yəqin ki, bu sualın da cavabı poliklinika ilə bağlı ciddi araşdırmadan sonra meydana çıxacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.