Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin Şuşa şəhərinə səfəri başlayıb.
MÖVZU İLƏ BAĞLI:
"Bakı Bəyannaməsi ölkələr arasında strateji əlaqələrə töhfə verəcək"
Bizim.Media xəbər verir ki, parlament sədrləri bu gün şəhəri gəzəcək, ermənilərin işğal dövründə Şuşada törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.
Nümayəndə heyətləri Şuşadan qayıdarkən yolüstü Füzuli rayonuna da baş çəkəcəklər.
Bizim.Media