Qara pişik, tək səbr və sol ayaq – Batil inanclardan doğan TƏHLÜKƏ

Qara pişik, tək səbr və sol ayaq – Batil inanclardan doğan TƏHLÜKƏ

Hazırda oxunan: Qara pişik, tək səbr və sol ayaq – Batil inanclardan doğan TƏHLÜKƏ

30143

Bunların hamısı anlayış məntiqi bir təmələ söykənməyən inancdır. Müasir həyatda belə batil inanclar həddən artıq çoxdur. İnsanlar həyatın mühüm məqamlarında inancların uğur və ya pislik gətirəcəyinə inanır. Hətta bir çox insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcəkdə hər hansı bir bədbəxt hadisəyə hazır olmaq üçün bir işarədir. 

Məsələn bəzi insanlara görə səhər evdən sol ayaqla çıxmaq həmin günü hansısa xoşagəlməz hadisənin baş verəcəyinə dəlalət edir.

Və ya önündən qara pişik keçən insan mütləq şəkildə üç dəfə fırlanıb sol çiyninə tüpürməsə, həmin günü onu bədbəxtlik  təqib edəcəyini düşünür.
 

MÖVZU İLƏ BAĞLI:

Kasıbsansa özün günahkarsan – PUL haqqında nəyi bilmirik?


Elmi araşdırmalara görə bu cür batil inanclar cahiliyyə - yəni islamdan əvvəlki dövrdən qalıb. O zamanlar bütlərə inanan insanlar özləri üçün bu cür inanclarda kəşf ediblər.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli Bizim.Media açıqlamasında qeyd edib ki, batil inanclara inanmaq, onlar üzərində yaşam tərzlərini qurmaq islamın rədd etdiyi davranışlardır. 

“Çünki bu inanclar Allahın hökmünə qarşı gəlməkdir. Günümüzdə bəzi insanlar bu inanclara sevgi və rəğbət bəsləyirlər. Hətta onlar gündəlik həyatlarının bu inanclar üzərində cəmləşdirirlər. Bu insanlar dini inanclarını doğru yönəltmədən, batil inanclara tapınaraq, hətta onların həqiqətən də həyata keçməsi barədə qürurla danışırlar. Nail olduqları inanclar barəsində qarşı tərəfə  “məharətlə” danışıb, onlara da bunu tövsiyyə edirlər. Bu isə sırf təsadüflərə bağlıdır”.

Elm xadimi belə insanların həyatlarının bütünlüklə məğlubiyyətə düçar qaldıqlarını deyir.

“Bu insanlar özlərinə çox qapalı biri olurlar. Çünki illərlə islam dini bizə düzgün təbliğ olunmayıb. Bəzi insanlar sayəsində din bizə doğru çatdırılmadığı üçün, zamanla bu cür batil inanclara da inam artıb. Ancaq əsl dinə inanan, elmə söykənən insan bu cür batil düşüncələrdən hər zaman kənarda qala bilir”.

Bəzən isə batil inanclar insan psixologiyası ilə bağlıdır...

Seyid Camal Əzimbəyli söhbətini bu notlarla davam edir:


“Batil inanclara inananlar çox vaxt həyatda psixoloji və mənəvi sarsıntılara məruz qalan insanlardır. Çünki onlar sakitləşmək üçün nəyəsə inanmağa ehtiyac duyurlar və çox vaxt yanlış səmtə yönəlirlər. İnsan qulluq etdiyi dinini qavramayanda asılı bir vəziyyətə düşür”.

Psixoloq Cahan Əliyeva isə açıqlamasında bildirib ki, bütün hallarda inam insan psixologiyası ilə birbaşa bağlıdır.

“İnsan hər zaman gördüyünə inanmağı üstün sayır. Bir-iki dəfə yerinə yetən əlamətlər onu bu inanca daha çox bağlayır. Nəticə isə çox vaxt təəssüf ki, xoşagəlməz sonluqla bitir. Bir sözlə insan bu cür batil inanclara inandıqca gündəlik həyatında beyni onunla vizual oyun oynayaraq, təsadüfləri tez-tez onun qarşısına çıxarır və sonda bu məsələlər insanda asılılıq yaradır”.

Psixoloq bildirir ki, bunun əksəriyyəti cahil insanlar tərəfindən şişirdilmiş inanclardır. 

“Elm olmayan yerdə bu cür etiqatlar, cürbəcür pirlər, qəbirlər peyda olur. Hətta ağaclara rəngli lentlər bağlayan insanlar var. İnsanlar inanır ki, əgər o ip ora bağlanmasa onun arzusu həyata keçə bilməz. Bu situasiyanı beyninin gücü ilə özünə cəzb edir və nəticə həqiqətəndə uğursuz olur”.

Sonda C. Əliyeva cəmiyyətə insanın ən ali varlıq olduğunu xatırlatmağı özünə borc bildiyini deyib.

O, qeyd edib ki, insanlar həyatda bütün səddləri, çətinlikləri müxtəlif əlamətlərlə deyil, öz sağlam düşüncəsi və dərrakəsi ilə aşa bilərlər!

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO