Dağlıq və dağətəyi rayonlara qar yağacaq

Dağlıq və dağətəyi rayonlara qar yağacaq

Hazırda oxunan: Dağlıq və dağətəyi rayonlara qar yağacaq

3012

Bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Temperatur Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə olacaq.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv xarakter alacaq.

Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 3-6, gündüz 6-9, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO