Xəbər verildiyi kimi, Bakı Dövlət Universitetində insident yaşanıb. BDU rektorunun (BDU) Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb.
BDU-nun mətbuat katibi Günel Orucəliyeva Bizim.Media-ya açıqlamasında hadisənin bu gün saat 11 radələrində universitetin əsas korpusunda baş verdiyini qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
BDU rektorunun müşaviri bıçaqlandı - FOTO
Onun sözlərinə görə, xəsarət alan BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev təcili olaraq xəstəxanaya yerləşdiriliblər. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.
Günel Orucəliyeva əlavə edib ki, hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media