“Vaksinasiya ilə bağlı insanların suallarına cavab verilmir” – Tural Abbaslıdan OPERATİV MESAJ

“Vaksinasiya ilə bağlı insanların suallarına cavab verilmir” – Tural Abbaslıdan OPERATİV MESAJ

Hazırda oxunan: “Vaksinasiya ilə bağlı insanların suallarına cavab verilmir” – Tural Abbaslıdan OPERATİV MESAJ

30073

“Heç kəsə sirr deyil ki, pandemiyadan yaxa qurtarmağın yeganə yolu kütləvi peyvəndlənmədir ki, əhalinin ümumi immuniteti yaransın. Lakin Operativ Qərargahın qərarları cəmiyyətdə birmənalı qarşılanmır. Çünki Operativ Qərargah vətəndaşların üzərinə düşən öhdəlikləri maksimum tələb etdiyi halda, öz üzərinə düşən və düşməli olan addımları yerinə yetirmir”.
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslıdan toy qərarına MÜNASİBƏT: “Mən küçədə toy edirəm, sənə nə?” 


Bu sözləri Bizim.Media-ya açıqlayan Ağ Partiyanın sədri Tural Abbaslı əlavə etdi ki, əhalinin hardasa 70-80 faizinin vaksinasiyasını gərəkdirir:

“Dediyimin əsas məğzi odur ki, vaksinasiya üçün insanlar maarifləndirilmir, heç bir halda təbliğat-təşviqat aparılmır.

İnsanlarda yaranmış olan qorxular aradan qaldırılmır. İnsanlarda yaranan suallara cavablar verilmir. İnsanlar öz həyatları üçün qorxu içindədirlər və peyvəndlənəcəkləri təqdirdə sağlamlıqlarına daha böyük zərbə dəyəcəklərini düşünürlər. Ona görə insanlar bundan qaçırlar. Yəni, qanunları sərtləşdirməklə də peyvəndlənməni etmək mümkün olmayacaq.

Çünki insanlar alternativ yollarını tapıb kağız alacaqlar, lakin yenə də peyvəndlənməyəcəklər. O baxımdan da düşünürəm ki, sərtləşdirici qərarlar əvəzinə təşviqatı gücləndirmək, insanları maarifləndirmək lazımdır. Əhalidə yaranan suallara peşəkar cavablar vermək gərəkdir ki, insanlar peyvəndlənsin. 

Ümumən götürəndə isə Operativ Qərargah pandemiyanın qarşısını almaq üçün bəlkə də qərarlar verə bilər.

Məsələn, ictimai nəqliyyatın işləməməsi, toylarda, məscidlərdə say məhdudiyyəti, sosial məsafələr və s. amma bunların heç birini Azərbaycanın reallıqlarına uyğunlaşdırmır. Azərbaycan vətəndaşının günlük problemlərinin aradan qaldırılması istiqamətində qərarlar vermir. Yəni, düşünmür ki, məhdudiyyətlər varkən bu insanlar haradan qazanacaqlar, öhdəliklərini necə icra edəcəklər. Altıncı-bazar günləri ictimai nəqliyyat olmur, amma özəl iş yerləri, yaxud digər sahələr vətəndaşlardan işə gəlməyi tələb edir.

Məhdudiyyətlər qalır, amma banklar, işıq pulu, su pulu, kommunal xərclərin tam ödənilməsi tələb olunur. Məhdudiyyətlər qalır, ancaq insanlardan təhsil haqqı tam tələb olunur. 

Düşünürəm ki, Operativ Qərargahın qərarları birtərəflidir, cəmiyyətin baxışı nəzərə alınmır. Bu məslələr aradan qaldırılmasa, narazılıqlar artan istiqamətdə gedəcək”.

Anar Rəhimov. Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO