Mobil operator abonentinə İCAZƏSİZ YÖNLƏNDİRMƏ – Kim məsuliyyət daşıyır? 

Mobil operator abonentinə İCAZƏSİZ YÖNLƏNDİRMƏ – Kim məsuliyyət daşıyır? 

Hazırda oxunan: Mobil operator abonentinə İCAZƏSİZ YÖNLƏNDİRMƏ – Kim məsuliyyət daşıyır? 

30071

Bir müddət əvvəl Facebook sosial şəbəkəsində mobil operatorların tərkibinə daxil olan funksiyalardan biri, nömrə yönləndirmə haqqında şikayət əsaslı bir yazı marağımı cəlb etdi. Müştəri şikayətində iddia edir ki, ölkədə olan mobil operator şəbəkələri müştərin informasiya toxunulmazlığın pozur.

“Demək kimsə kiməsə zəng edib, təhqir etsin və sonrada dərhal özünə gələn bütün zəngləri sənə yönləndirsin. Təsəvvürünüzə gətirirsinizmi, sakit oturduğunuz yerdə kimsə sizə zəng edib, sizi təhqir edərək bildirir ki, siz məni söymüsünüz, gəl səni öldürüm. Bu da cinayətə aparan bir əməldir. Əslində isə nömrə yönləndirmə təkcə yönləndirənin yox, yönləndirilənin də istəyi ilə olmalıdır”.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan rouminq haqlarını ləğv edir – HANSI ÖLKƏLƏRDƏN pulsuz danışacağıq?


Bu məsələdə maraqlı bir məqam var. Həqiqətənmi qarşı tərəf bu barədə məlumat almır? 

Və əslində məsələ necə tənzimlənməlidir?

Belə ki, mobil operator müştərisi birdən çox mobil telefondan istifadə etsə və ya telefonlara cavab vermək iqtidarında olmasa öz nömrəsinə gələn zəngləri digər nömrəyə yönləndirmə funksiyasından istifadə edə bilir. Bu zaman o telefonun menyusuna daxil olaraq, “Ayarlar” bölməsindən bunu saniyələr içində həl edə bilir. Burada təzadlı məqam isə qarşı tərəfin yəni nömrəni yönləndirdiyin telefon sahibi bu zaman heç bir xəbərdarlıq almır və bu əməliyyat onun icazəsi olmadan həyata keçirilir.

İKT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya açıqlamasında deyib ki, bu funksiya uzun zamandır movcuddur və dünya standartlarına uyğun tənzimlənir.

“90-cı illərin ortalarından GSM mobil inkişaf etdiyi dövrdən bu servis mövcuddur. Qeyd edim ki, bu servis sorğu vasitəsilə həyata keçmədiyi üçün, burada qarşı tərəfin icazəsi olmur. Bu zaman orada sadəcə zəngləri qəbul edən nömrə yazılır və beləliklə funksiya işə düşür. Bu 20 ildir belədir. Bu dünyanın bütün mobil operatorlarında istifadə olunan funksiyadır və hər yerdə eyni qayda ilə həyata keçirilir. Bu Azərbaycan mobil operatorlarına xas olan bir funksiya deyil”.

Mütəxəssis həmçinin deyir ki, nömrə yönləndirmə zamanı mobil operator mütləq şəkildə bu barədə zəng edənə bildiriş verir.

“Bundan başqa əgər bir nömrə başqa bir nömrəyə yönləndirilibsə, zəng gələn zaman mobil operator səs yazısı ilə bu barədə zəng edənə xəbərdarlıq edir. Orada bu nömrənin digər nömrəyə yönləndirildiyi aydın şəkildə bildirilir”.

E.Abbasov qeyd edib ki, bu məsələdə şikayətçinin iddia etdiyi kimi  heç bir müştərin informasiya toxunulmazlığı pozulması halları yoxdur.

“Bu dünyadakı ilk standartlara uyğun yaranan bir funksiyadır. Bu funksiya mobil operatorların ilk icad olunan vaxtlarında yarandığı üçün əlavələri olmayıb. Yəni o bir tətbiq kimi yaranmadığı üçün, sorğu kimi qəbul edilib, qarşı tərəfin icazəsini soruşmur. Bəlkə hazırda texnologiya inkişaf etdiyi üçün, bu barədə xüsusi təkliflər və funksiyalar olacaq”.

Bəs, şikayətçinin iddia etdiyi problemlə üzləşdiyiniz zaman hansı hüquqi yollara baş vura bilərsiniz?

Bu baradə Bizim.Media-ya vəkil Aytən Ramazanova danışıb. O, bildirib ki, bu zaman müştərinin ilk işi hüquq mühafizə orqanlarına üz tutmasıdır.

“Əgər vətəndaş bu cür hadisə ilə üzləşsə, bu faktla bağlı ilk əvvəl polisə şikayət etməlidir. Paralel olaraq bu şikayətin surətini şəxs ona yönləndirilən nömrənin hansı mobil operatora aiddirsə o şirkətə yollaya bilər ki, şikayəti əsasında həmin o şəxsin kimliyi müəyyən olunsun. Hüquq mühafizə orqanları və mobil operator şirkəti nömrə haqqında araşdırma apardıqdan sonra son nəticə olaraq, şikayətçi ona dəyən mənəvi ziyanla bağlı məhkəməyə də  müraciət edə bilər. Bu zaman vacib şərtlərdən biri isə şikayətçinin nömrəsinin öz adına olmasıdır”.

Məsələnin mahiyyətini daha dərindən anlamaq üçün Azərbaycanda fəaliyyət göstərən mobil operator şirkətlərinə müraciət etdik. Hələlik cavab yoxdur. Şirkətlərin hər hansı biri cavab verərsə diqqətinizə çatdıracağıq. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO