Dayısını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Dayısını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dayısını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

30029

Bu gün saat 18 radələrində Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Şəmkir rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin bacısı oğlu 1989-cu il təvəllüdlü Tural Əzizovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nizami Böyükkişiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkir sakini dayısını bıçaqlayaraq öldürdü 


Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO