Yoluxub sağalanlardan da COVID-19 pasportu tələb olunacaq? - AÇIQLANDI

Yoluxub sağalanlardan da COVID-19 pasportu tələb olunacaq? - AÇIQLANDI

Hazırda oxunan: Yoluxub sağalanlardan da COVID-19 pasportu tələb olunacaq? - AÇIQLANDI

30012

Azərbaycanda əksər müəssisələrə - restoran, iri ticarət mərkəzləri və s. giriş üçün COVID-19 pasportu tələb olunacaq. Bu barədə Nazirlər Kabinetinin bu gün açıqlanan qərarından məlum oldu.

Bundan əvvəl isə 50 nəfərdən 150 nəfərədək şəxsin iştirakı ilə keçirilən şənlik mərasimləri – toy, nişan, ad günləri üçün bu tələb qoyulmuşdu.
 

MÖVZU İLƏ BAĞLI:

Xüsusi karantin rejimi ilə bağlı Əli Əsədovdan YENİ QƏRAR 
 


Xatırladaq ki, bu günə olan statistikaya görə, Azərbaycanda 332136 nəfər koronavirusa yoluxub sağalıb. Bu cür şəxslərdə isə 6 ayadək koronavirusa qarşı antitelin formalaşdığı bildirilir.

Koronavirusa qarşı antitel formalaşan şəxslərdən də COVID-19 pasportu tələb olunmalıdır?

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qaydalara görə, yoluxan şəxslər vaxtında müraciət edib və qeydiyyata düşüblərsə, immun pasportu alaraq, həm müxtəlif müəssisələrə, həm də şənlik mərasimlərinə gedə bilər: 

“Əgər qeydiyyata düşməyiblərsə, analiz verərək, antitel formalaşması haqqında sənəd almaq mümkünür, amma bu inandırıcı olmayacaq. Çünki bu zaman çoxları belə bir sənədi pulla da ala bilərlər. Bunu necə sübut etmək olar? Ona görə də qeydiyyata düşməyən şəxslərin COVID-19 pasportu alması zərurətə çevirilir”.

Həkimin sözlərinə görə, yoluxub, sağalan şəxslər koronavirusa qarşı peyvənd olunacaqları təqdirdə, bunun onların səhhətinə hər hansı mənfi təsiri olmayacaq.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO