“Bolt” Taksi Xidmətindəki BİABIRÇILIQ davam edir – ARAŞDIRMA Fotofakt

“Bolt” Taksi Xidmətindəki BİABIRÇILIQ davam edir – ARAŞDIRMA Fotofakt

Hazırda oxunan: “Bolt” Taksi Xidmətindəki BİABIRÇILIQ davam edir – ARAŞDIRMA Fotofakt

29990

Bir müddət əvvəl “Bolt” taksi xidmətinin xəritəsindəki əxlaqsız ifadələr haqqında məlumat vermişdik. Belə ki, xəritənin axtarış bölməsində əxlaqsız sözlər yazdıqda real ünvanlar göstərilir. Bundan başqa tətbiqdə açıq şəkildə əxlaqsızlıq yuvası adı altında da ünvana rast gəlmək mümkündür.

Əfsuslar olsun ki, bu kimi hallar “Bolt” şirkətində yaşanan ilk hadisə deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda gənc aktrisa taksidə seksual hərəkətlərə məruz qalıb


Xatırladım ki, bir müddət əvvəldə Tovuz döyüşləri zamanı şəhid olmuş General Polad Həşimovun adını axtarışa verdikdə Ermənistanda rayon adı çıxırdı. Bu o zamanlarda cəmiyyət arasında narazılıq doğurmuşdu. 

Məsələ ilə bağlı mətbuata açıqlama verən taksi xidmətinin rəsmisi bildirib ki, şirkətin şəxsi xəritəsi mövcud deyil. Ünvanlar Google Maps və Apple Maps ilə təyin edilir.

Kiçik araşdırmamızdan bəlli olub ki, hazırda Azərbaycanda tələb olunan taksi şirkətləri arasında yalnız Bolt xidmətinin xəritəsində belə qeyri-etik ifadələrə rast gəlmək olur. Digər taksi xidmətlərinin xəritəsində isə ümumiyyətlə bu adlarla heç bir ünvan yoxdur.

Polad Həşimovla bağlı ünvanlanan tənqidlərdən sonra şirkət rəsmisinin o cür açıqlama verməsinə baxmayaraq, elektron xəritədə dəyişiklik eləmək mümkün oldu. İndi Polad Həşimovun adı axtarışda o cür halla müşahidə olunmur. 

Deməli verilən açıqlama nonsesdir. Heç bir məntiqə söykənmir.

Məsələ ilə bağlı qurumun mövqeyini öyrənməyə çalışsaqda əfsuslar olsun ki, bütün cəhdlərimiz boşa çıxıb. Belə ki, Bolt şirkəti olaraq internetdə əlaqə kimi göstərilən şəhər (012) 310 35 67 nömrəsi işləmir. Şirkət haqqında məlumtlarda əlaqə üçün bu nömrədən başqa heç bir nömrə göstərilməyib.

Vəkil Əsmər Quliyeva isə Bizim.Media-ya açıqlamasında məsələnin hüquqi tərəfini açıqlayıb.

O, bildirib ki, bu cür hallarla qarşılaşan insanlar dərhal vətəndaşlıq hüquqları pozulduğu üçün polisə şikayət etməlidir.

“Bu cür təhqirlə üzləşənlər əvvəl polisə daha sonra isə şikayət ərizəsi ilə məhkəməyə müraciət edib, təzminat davası aça bilər. Bu təzminat davası həm şirkətə, həm də veb xəritə tətbiqetməsinə qarşı ola bilər. Burada diqqətli araşdırma aparılıb, günahkar dəqiq təyin edilməlidir. Çünki, əgər səhv etmirəmsə, Google Maps proqramının iki cür tətbiqi var. Orada elə xəritələr var ki, vətəndaş tətbiqə daxil olub, istənilən dəyişikliklər edə bilər. Lakin elə xəritələr var ki, bu mümkün deyil, dəyişikliklər ancaq şirkət tərəfindən edilir. Bundan başqa Google xəritəsinin redaktəyə icazə verilən versiyasında bir nöqtəni nə qədər çox insan eyni adla işarə etsə, bir müddətdən sonra o ünvan xəritədə o adla görünə bilir.  Ona görə bu vəziyyət ciddi şəkildə araşdırma tələb edir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də sorğu ünvanladıq.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sualımıza diqqətlə qulaq asaraq bildirdi ki, “bu haqda ilk müraciət sizdən gəldi. Ona görə də araşdırmaya ehtiyac var. Biz bu barədə araşdırıb sorğunuza cavab verəcəyik”. 

Məsələni diqqətdə saxlayacağıq.

Vüsalə Balayeva, Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO