Daşkəsəndə toyda baş verən qətllə bağlı rəsmi AÇIQLAMA 

Daşkəsəndə toyda baş verən qətllə bağlı rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Daşkəsəndə toyda baş verən qətllə bağlı rəsmi AÇIQLAMA 

29912

Daşkəsən Rayon Prokurorluğu toy zamanı baş verən qətllə bağlı rəsmi məlumat yayıb. 

Prokurorluqdan Bizim.Media-ya daxil olan məlumatda deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Toya gələn gənci öldürən şəxs tutuldu 


“İyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb. 

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda istintaq davam edir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO