Lənkəranda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi - FOTO

Lənkəranda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi - FOTO

Hazırda oxunan: Lənkəranda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi - FOTO

29822

Lənkəranda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bizim.Media Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu məqsədlə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti reyd təşkil olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda "patı" çəkən avtobus sürücüsü HƏBS EDİLDİ - FOTO


Sürücülərə bir daha izah olunub ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir.

Tədbir zamanı rayon ərazisində taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrində sürücü və sərnişinlərin tibbi maska ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.

Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Qaydalara və sağlamlığına biganəlik nümayiş etdirərək tibbi maska ilə bağlı tələbləri pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO