Polis COVID-19 pasportu olmayanları toya buraxmır

Polis COVID-19 pasportu olmayanları toya buraxmır

Hazırda oxunan: Polis COVID-19 pasportu olmayanları toya buraxmır

29798

Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələri, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarından ibarət birgə monitorinq qrupları Bakı şəhərində toy məclisi təşkil edilən bütün restoranlarda yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir.

Bizim.Media xəbər verir ki, COVID-19 pasportu olmayan şəxslər restoranlara buraxılmır.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə COVID-19 pasportu olmayanlar toya buraxılmadı 


Analoji tədbirlər paytaxtın bütün rayonlarında - Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal həyata keçirilib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a təsdiqləyiblər.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO