32 nəfər direktor vəzifəsinə təyin olunmaq şansı qazandı

32 nəfər direktor vəzifəsinə təyin olunmaq şansı qazandı

Hazırda oxunan: 32 nəfər direktor vəzifəsinə təyin olunmaq şansı qazandı

29756

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində 132 namizəd iştirak edib. Onlardan 32 nəfəri müsahibə komissiyasının rəyinə əsasən uğur qazanıb.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iyul ayının 23-dən etibarən həmin namizədlərlə adaptasiya proqramına start verilib və Bakı şəhər 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə müsahibə mərhələsinin nəticələri, namizədlərdən gözləntilər və adaptasiya proqramının məqsədi barədə müzakirələr aparılıb.

İyulun 24-dən etibarən isə “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əmək haqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçiriləcək.

Adaptasiya proqramı başa çatdıqdan sonra namizədlərlə növbəti tədris ilindən müddətli əmək müqaviləsi bağlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO