“Ən xeyirli toy məhz, Məhərrəm ayında ediləndir” - İlahiyyatçıdan MARAQLI AÇIQLAMA

“Ən xeyirli toy məhz, Məhərrəm ayında ediləndir” - İlahiyyatçıdan MARAQLI AÇIQLAMA

Hazırda oxunan: “Ən xeyirli toy məhz, Məhərrəm ayında ediləndir” - İlahiyyatçıdan MARAQLI AÇIQLAMA

29732

Azərbaycanda Məhərrəm ayının başlamasına sayılı günlər qalıb. Avqustun 10-da başlayacaq olan Məhərrəmlik həmin tarixdən 60 gün sonra başa çatacaq.

Bu ayın əvvəlindən qadağası götürülən toyların yenidən dayandırılacağı ilə bağlı söyləntilər var. Bir tərəfdən matəm ayının başlaması, digər tərəfdən şənlik mərasimlərinin keçirilməsi qaydalarının və tələblərinin pozulması, cərimələrin artması, üstəlik "Delta” ştammı ilə əlaqədar ölkədə təkrar qapanmaların olacağı toy qadağası qərarının yenidən gələcəyi ehtimalını artırır.

Toy etmək arzusunda və hazırlığında olanlar bu durumdan ciddi narahatlıq keçirməyə başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Məhərrəm ayının daxil olacağı tarix AÇIQLANDI


Hətta bəziləri toylara qadağa qərarı gəlməmiş Məhərrəmlik ayında da şənlik keçirmək məcburiyyətindədirlər. Halbuki insanlar əsrlərdir ki, matəm ayında hər hansı bir şənlik keçirmirlər.

Bəs, Məhərrəmlikdə toy edənlər hansı günah sahibi olurlar?  
 
Bizim.Media-ya bu barədə danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə Peyğəmbər imkanı olub evlənməyən mənim ümmətimdən deyil deyə buyurub:

“Yəni, evlənmə, toy-nişan kimi əməllərə İslam çox böyük önəm verir. Odur ki, toy etmək xeyirli və faydalı işlərdəndir. Hətta nikah və evlənmə məsələsi İslamda iqtidarı olanlara vacib əmr olunub. Peyğəmbər də özünə, övladlarına toy edib. Vacib bir əməli isə təxirə salmaq olmaz. İslam dinində hansısa ayda nikah mərasimi etmək olmaz deyə bir qayda yoxdur. Peyğəmbər buyurur ki, yaxşı əməllərdə tələsin, vacib işləri təxirə salmayın. Odur ki, Məhərrəm ayında da nikah bağlamaq, toy etmək, ailə qurmaq savab işlərdəndir. İmam Hüseynin ruhunu şad etmək istəyən Məhərrəm ayında evlənsin ki, qoy ailələrin təməli məhz bu əlamətdar ayda qoyulsun. Bu ayda toy etmək olmaz deyə təbliğat aparanlar xurafat əhlidir. Guya İmam Hüseynə matəm saxlanmalıdır. Halbuki İslamda matəm yoxdur. Heç, peyğəmbər bir gündə 70 nəfər yaxınının şəhid olduğu Uhud günü matəm elan etmədi. Çünki insanın Cənnətə yola düşdüyü gün matəm ola bilməz. Yas ancaq insanın vəfat etdiyi gündən başlayaraq cəmi üç gündür.

Ondan sonra 7,40, 52, cümə axşamı, il və sair deyə qeyri bir yas yoxdur. Hamısı istismarçı ruhani təbəqənin öz iaşələrini xalqın pulu hesabına təmin etmək niyyəti ilə qondardığı bidətlərdir”. 


Farsların islama təsiri 

İlahiyyatçının fikrincə, Məhərrəm ayına hələ Səfər ayını qoşub müsəlmanları 50-60 gün nikahdan məhrum etmək Muhəmməd salam olmuşun dininə əksdir:
 

“Bu farslardan gəlir. Qədimdə farslar şahları öləndə ona yaslar saxlayıb ömür boyu o tarixlərdə xeyir iş etməzdilər. İslamda isə millətlərin ənənəsi yox, Quran əsas götürülür.


Quranda isə bu xurafat yoxdur. İnsanları ildə 60 gün evlənməkdən məhrum etməklə xalqın artımına mənfi təsir göstərir. Xüsusən Azərbaycanda pandemiya qadağası ilə bir tərəfdən, Məhərrəm ayı səbəbi ilə də digər tərəfdən nikahı yasaqlamaq olmaz. İncəsənət adamlarına da kifayət qədər zərər dəyir bu ayda. Bu ay xeyirli ay olmasına baxmayraq xurafat əhli bu ayı ziyanlı aya çevirir ki, özləri mövsümi olaraq hər il bu ayda nəzir, sədəqə, ehsan toplayıb qarınlarını doldursunlar. Onu da qeyd edim ki, ən faydalı nikah, ən xeyirli toy İslam dininə görə elə məhz Məhərrəm, Ramazan aylarında edilən toylar və nikahlardır. Buna dini baxımdan heç bir yasaq yoxdur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO