Nazirlik “Məşğulluq marafonu”na qoşuldu

Nazirlik “Məşğulluq marafonu”na qoşuldu

Hazırda oxunan: Nazirlik “Məşğulluq marafonu”na qoşuldu

29595

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) şəhid ailəsi üzvləri və Vətən müharibəsi qazilərinin məşğulluğunun təminatı məqsədilə başladılmış “Məşğulluq marafonu”na qoşulub.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin tabeliyindəki qurumlarda dövlət qulluğu vəzifəsi hesab edilməyən 25 vəzifə üzrə 196 vakansiya elan edilib və bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

Eyni zamanda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər görülür.

"Bununla da Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və sağlamlıqlarını qurban vermiş qazilərimizin rifahına, o cümlədən məşğulluğunun təminatına dəstək verilməsi sahəsində dövlətimizin gördüyü çoxsaylı işlərə kiçik də olsa töhfə verməyə çalışırıq", - deyə nazirlik bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO