“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə narkotik maddənin təsiri altında olan daha bir qadının videogörüntülərini yayıb.
Bizim.Media xəbər verir ki, o hadisənin Nizami metrosuna yaxın “Şaurma” kafesinin qarşısında lentə alındığını bildirib.
“Ana “patı” təsirində, körpə daşlara ümid... Bu videonu 71 nəfər mənə göndərib”.
K.Ağazadə qeyd edib ki, bu kimi hallarla rastlaşdıqda mütləq polisə zəng vurmaq və müdaxilə etmək lazımdır.
Bizim.Media