Kürdəmirdə COVID-19 pasportu olmayanlar toya buraxılmadı 

Kürdəmirdə COVID-19 pasportu olmayanlar toya buraxılmadı 

Hazırda oxunan: Kürdəmirdə COVID-19 pasportu olmayanlar toya buraxılmadı 

0:00
0:00
29575

Kürdəmirdə polis şadlıq evlərində profilaktiki tədbirlər keçirib-qaydaları pozanlar cərimə olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə profilaktiki görüşlər keçirib.

Mərasim başlamazdan əvvəl keçirilən görüşlərdə polis əməkdaşları ilə birlikdə Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşları da iştirak edib.

Görüşlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Həmçinin keçirilən tədbirlər zamanı toy mərasimlərində iştirak edən şəxslərin COVID-19 pasportları da yoxlanılıb. Peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıb.

Tədbirlər zamanı qayda pozuntusuna aşkar edildiyi saraylarda obyekt sahibləri barədə qanunamüvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO