Qobustanda qadın saxlanıldı – Görün nə satırmış - FOTO 

Qobustanda qadın saxlanıldı – Görün nə satırmış - FOTO 

Hazırda oxunan: Qobustanda qadın saxlanıldı – Görün nə satırmış - FOTO 

29457

Qobustan rayonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan qadın saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Türkanə Budaqova saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə- metamfetamin aşkarlanıb. Maddi sübutlar qablaşdırılaraq götürülüb və ekspertizaya təqdim olunub. 

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO