ÜST-ün biliklərindən üstün olan COVİD - Hər fəsilə uyğun 4 ştamm yaradılacaq?

ÜST-ün biliklərindən üstün olan COVİD - Hər fəsilə uyğun 4 ştamm yaradılacaq?

Hazırda oxunan: ÜST-ün biliklərindən üstün olan COVİD - Hər fəsilə uyğun 4 ştamm yaradılacaq?

29386

Bəzən COVİD-ə yoluxmuş insanlar belə, koronavirusa, ümumən pandemiyaya inanmır. Açığı bunu siyasi-iqtisadi oyun sayanlar insanlığa əcəl kimi qəbul edənlərdən daha çoxdur.

Bizim.Media xəbər verir ki, bunun üçün müxtəlif səbəblər mövcuddur.

Onlardan biri isə elə ÜST-ün özünün keçən il açıqladıqlarıdır. Tibb sahəsinin tanınmış ziyalıları da deyirdilər ki, koronavirusun 0,3 faiz ölüm təhlükəsi var:

1. Koronavirus ilk dəfə 1957-ci ildə gəmidə qeydə alınıb və sadəcə qrip növlərindən biridir (eks baş infeksionist Cəlal İsayev - Lider Tv-yə müsahibə - 2020 yanvar).

2. COVİD yalnız yaşlı insanlara və xroniki xəstəliyi olanlar üçün təhlükəlidir (dünyanın tanınmış həkimləri - 2020 marta qədər)

3. Uşaqlarda koronavirusa qarşı xüsusi immunitet var deyə onlar yoluxmurlar (yerli və əcnəbi pediatrlar - 2020)

4. 26° istidə koronavirus mikrobu məhv olur ( Planetin əksər həkimləri - 2020 yay)

Sadalanan 4 nüansı təhlil etsək...

1. Əvvəlcə 1957-ci ildən başlayaq, çünki həmin il 2 milyon insanın ölümünə səbəb olan Asiya qripi yayılıb. Asiya qripilə bağlı iki versiya var ki, onlardan birində xəstəliyin Çində yaranması və şərq ölkələrinə keçərək pandemiyaya çevrilməsi iddia olunur.

Digər variantda Asiya qripinin Sinqapurda yaranıb Honq-Konqa keçdiyi deyilir. Əlamətlərinə gəlincə, öskürək, qızdırma, baş və əzələ ağrılarıdır. Yəni, COVİD-19-a aid müxtəlif ştamların simptomları Asiya qripində də olub.

Asiya qripindən ölənlərin sayı 1-4 milyonarası iddia olunsa da, ÜST 2 milyon nəfərin bu qripdən öldüyünü bildirib. O vaxt alimlər bunun vəhşi ördəklərlə insanlardakı ştamdan yarandığını ehtimal edib. Belə deyək, quş qripi...

2. İnfeksiya təzə yayılanda koronavirus ancaq yaşlı insan və xroniki xəstəliyi olanlar üçün təhlükəli olduğu deyilirdi.

Həmin vaxtlar mediada da koronavirusun önünə ölümcül sözü əlavə olunmur, əksinə mikrob məzhərəyə qoyulurdu. 2020-ci il fevralın 27-si Operativ Qərargah yaranandan sonra çoxuna gülməli görünən koronavirus ağlamalı hal aldı. Yoluxan və ölənlər arasında təkcə yaşlı insan və xroniki xəstəliyi olanlar deyildi. Digər sağlam və cavan olanların ölüm səbəbi də COVİD diaqnozu aldı. 

3. Dekabrın sonları Çin koronavirusdan qırmızıya bürünəndə elə qadınlar vardı ki, COVİD-ə yoluxmuş ola-ola uşaq dünyaya gətirirdilər, lakin virus körpəyə bulaşmırdı.

O vaxt həkimlər bunu açıqlaya bilmədikləri və azyaşlılarda olan xüsusi immun sistemi ilə izah edirdilər. 2020-nin payızı, 2021-in indisində isə azyaşlılarda yoluxmalar qeydə alınır. Hətta bəzi ölkələr yeniyetmələrin vaksinasiyasına başlayıb.

4. 26° temperaturda, yəni, isti havada koronavirus mikrobunun məhv olduğunu əksər alimlər vurğulayırdı.

Elə Bakı sakinlərində də sual yaranır ki, bəs necə olur 44 dərəcə istidə 200-dən çox yoluxma yaranır? Ona qalsa, dünyada adi qripdən ölənlərin statistikası da xəlvətə çəkilib.

Nəticə: Dünya ÜST-ün biliklərindən üstün və qəliz bir mikrobla qarşılaşıb. Hazırda isə Qərb ilk məntiqsiz açıqlamaları və qabaqlayıcı tədbirlərini əsaslandırmaq üçün yeni ştamlarla mübarizəni aktuallaşdırır.

Çünki mikrobun mutasiya olmuş növləri uşaqları, cavanları və xroniki xəstəliyi olmayanları da yoluxdurur. "Delta", "Lyambda" fason COVİD-lər 44 dərəcə istiyə də dözümlü olur, əksinə yayda daha tez yayıla bilir.

Əslində ÜST-ə inamı bərpa etmək üçün hər fəsilə uyğun 4 ştammın yaranması yetərli idi.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO