Elnur Məmmədli:

Elnur Məmmədli: "Kəramətə demişəm ki..."

Hazırda oxunan: Elnur Məmmədli: "Kəramətə demişəm ki..."

29258

"Yaponiya komandası çox güclüdür. Amma onlar da bizim cüdoçularla qarşılaşanda qorxurlar".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.

Tokio 2020-nin açılış gününün ertəsindən mübarizəyə qoşulacaq cüdo millimizin şanslarını dəyərləndirən Olimpiya çempionu, 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq bacısı oğlu Kəramət Hüseynova yarış öncəsi verdiyi tövsiyədən də danışıb: 

"Özüm Tokioda olmayacağam. Ancaq ürəyim idmançılarımızın yanındadır. Komandanın böyük məşqçisi Elxan Məmmədovla hər gün əlaqə saxlayıram. Bildiyimə görə, komandamızda əhval-ruhiyyə yüksəkdir. Cüdo, Olimpiya Oyunları elə mövzulardır ki, haqqında proqnoz vermək çox çətindir. Sadəcə, onu deyə bilərəm ki, Yaponiya və digər bir neçə komanda çox güclüdür, amma onlar da bizim cüdoçularla qarşılaşanda qorxurlar".

Kəramətə demişəm ki, hər şeyi bir qırağa qoyub yarışa fokuslanmaq, vuruşmaq lazımdır. Bu da bir müharibədir, sona kimi döyüşməlisən. Kəramət axırıncı dünya çempionatdakı kimi güləşsə, inanıram ki, medal qazanacaq".

Qeyd edək ki, Tokio 2020-nin cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO