Ehsan Zahidovdan yeni vəzifəsi ilə bağlı açıqlama - YENİLƏNİB

Ehsan Zahidovdan yeni vəzifəsi ilə bağlı açıqlama - YENİLƏNİB

Hazırda oxunan: Ehsan Zahidovdan yeni vəzifəsi ilə bağlı açıqlama - YENİLƏNİB

29253

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.

Azvision.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov təyin edilib. 

Faktı azvision.az-a təsdiqləyən E.Zahidov bildirib ki, bundan sonra da jurnalistlərlə yüksək səviyyədə əməkdaşlığı davam etdirəcək.

"Bizim xidməti vəzifəmiz odur ki, mətbuat nümayəndələri ilə əlaqələrimizi daim yüksək səviyyədə quraq, daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə həyata keçirdiyi tədbirlər barədə ictimaiyyətə vaxtlı-vaxtında məlumatları media vasitəsilə ötürək".

---------

14:21

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə nazirliyin mətbuat xidmətinə polis polkovniki Ehsan Zahidov rəis təyin edilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl bu qurumun rəhbəri Sadiq Gözəlov xidmətdə olmanın yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Ehsan Zahidov isə uzun illər idi ki, sözügedən xidmətdə rəis müavini olaraq çalışırdı. 

DİN mətbuat xidmətindən "Qafqazinfo"ya faktı təsdiqləyiblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO