Qurban bayramında RƏQS, ÇİMƏRLİK... – Operativ Qərargahın “olmaz”larından başqa hansı QADAĞALAR VAR? 

Qurban bayramında RƏQS, ÇİMƏRLİK... – Operativ Qərargahın “olmaz”larından başqa hansı QADAĞALAR VAR? 

Hazırda oxunan: Qurban bayramında RƏQS, ÇİMƏRLİK... – Operativ Qərargahın “olmaz”larından başqa hansı QADAĞALAR VAR? 

29205

Qurban bayramı müsəlman dünyasının ən vacib iki bayramından biridir. Qeyd edək ki, digər önəmli bayram Ramazan bayramıdır. 

Bayram günləri ilə bağlı bəzən tətil planları qurulur, insanlar qeyri-iş günləri elan olunan bu günləri əyləncəli keçirmək haqqında düşünürlər.

Bəs, Qurban bayramı necə keçirilməlidir? İslamın vacıb günlərindən olan bu bayram gününü musiqi altında rəqs etmək, çimərliyə getmək və s. əyləncəli formada keçirmək məqbul sayılırmı? 

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, Ramazan və Qurban bayramları mühüm bir ibadət və Allaha itaət aktından, yəni bir ay oruc tutandan və İlahi yolunda qurban kəsəndən sonra baş verir:
 

MÖVZU İLƏ BAĞLI:

Qurban bayramında nələr GÜNAHDIR? – İlahiyyatçıdan CAVAB


"Bu bayramlar insanların Allaha etdikləri bir illik ibadətlərin qəbul olunması üçün şans günləridir. Odur ki, bu günlərdə insanın fikrini dünyapərəstliyə, eyş işrətə, musiqiyə yönəltməsi və bayramın əsl mahiyyətindən kənar qalması qənaətbəxş deyil. Hər bayramın öz mahiyyəti var. Həzrət Əli deyirdi ki, insanın Allaha üsyan etmədiyi hər gün bayramdır. Yəni, dinimizə görə bayram o gün sayılır ki, insan günah etmir".

İlahiyyatçı deyir ki, insanların əylənməsi, rəqs etməsi, musiqi dinləməsi normaldır və bayram günlərində bunları da etmək olar: 
 

"Ancaq həddi aşmadan, Allahdan uzaqlaşmadan və günaha düşmədən. Fəqət bir qadının açıq-saçıq geyimdə, sözləri Allaha üsyan olan musiqi sədası altında ictimai yerdə rəqs etməsi necə Allaha xoş gedə bilər? Odur ki, gərək həddlər gözlənilsin, əxlaq normalarına riayət edilsin.


Yəni bu bayramlarda halal və mübah olan yollarla şənlənmək, əylənmək qəbahət və günah deyildir. Bəzilərinin yanlış təqdim etdiyi kimi İslam yas demək deyil. Allah Quranda deyir, yeyin - için, gəzin - dolaşın, fəqət israf etməyin və həddi aşmayın!".

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO