Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

Hazırda oxunan: Azərbaycanda Qurban bayramı qeyd olunur

29150

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyulun 20-nə təsadüf edir.

Bizim.Media xəbər verir ki, bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.

Azərbaycanda bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.

Həmin məkanlarda fərdi qaydada qurban kəsmək istəyənlər üçün də şərait yaradılacaq.

Vətəndaşlar qurbanlıq heyvanları xüsusi ayrılmış kəsim məntəqələrindən əldə edə və oradaca kəsimini həyata keçirə bilərlər.

Qeyd edək ki, Qurban Bayramı ilə əlaqədar 18, 19, 20 və 21 iyul ölkədə qeyri iş günləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO