Şamaxıda “Turist”ə  4 min manat cərimə kəsildi - FOTO

Şamaxıda “Turist”ə  4 min manat cərimə kəsildi - FOTO

Hazırda oxunan: Şamaxıda “Turist”ə  4 min manat cərimə kəsildi - FOTO

29106

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya  verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Turist” və “Çinar” restoranlarında qaydaların pozulduğu, yəni məlumatların portalda qeydiyyatdan keçirilməməsi , eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. Obyektlərin sahibi- Vüqar Allahverdiyev ( “Turist” restoranının sahibi ) və Ömər Yusifov ( “Çinar” restoranın sahibi) barəsində protokol tərtib olunub və onların hər biri 4 min məbləğində cərimələnib. Toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO