Portaldan keçməyib toy etdilər - Tərtərdə reyd

Portaldan keçməyib toy etdilər - Tərtərdə reyd

Hazırda oxunan: Portaldan keçməyib toy etdilər - Tərtərdə reyd

29065

Bərdə Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, yoxlamalar zamanı “Muğan Məkan” və “Samux” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkar edilərək, restoranlara cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Davam etdirilən digər tədbirlərlə isə fərdi yaşayış evində keçirilən toy məclisində də karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

Həmin məclisdə qonaqların sayının normadan artıq olduğu müəyyən edilib. Ev yiyəsi də daxil olmaqla ümumilikdə qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO