“Qaliblər düşərgəsi” yekunlaşdı - FOTO

“Qaliblər düşərgəsi” yekunlaşdı - FOTO

Hazırda oxunan: “Qaliblər düşərgəsi” yekunlaşdı - FOTO

29042

Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nə iyulun 18-də yekun vurulub.

Bizim.Media xəbər verir ki, 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş və 68 şəhid ailəsindən 76 uşağın iştirak etdiyi düşərgə uğurla başa çatıb.

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin (DMX) təşkilati dəstəyi ilə reallaşan layihədə məqsəd şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Vətən müharibəsinin şəhid övladları üçün “Qaliblər” düşərgəsi – FOTO


Şüvəlan qəsəbəsindəki Humanitar Fənlər Təmayüllü Gimnaziyada 14 gün davam edən düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olunub. Bundan başqa, paytaxtın görməli yerlərinə ekskursiyalar keçirilib.

Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşüblər.

Düşərgənin bağlanış mərasimində çıxış edən “Qaliblər düşərgəsi”nin Təşkilat Komitəsinin sədri, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların övladlarının daim dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Düşərgənin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib.

“ForAzerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının idarə heyətinin sədri Samir Süleymanov layihənin təqdirəlayiq olduğunu bildirib və dəstək göstərən bütün dövlət qurumlarına və özəl təşkilatlara təşəkkürünü bildirib.
 

“Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov layihənin davam etdiyi müddətdə görülən işlər barədə ətraflı məlumat verib.


Sonda düşərgə iştirakçılarının layihə müddətində keçirilən təlimlərdə öyrəndikləri rəqs və musiqi nömrələri təqdim edilib, rəsm əsərləri nümayiş etdirilib.

Əfsanəvi RAST Qrupunun çıxışı ilə nəticələnən bağlanış mərasiminin yekununda düşərgənin himninə çevrilmiş “Rast gələrəm” mahnısı ifa olunub, havaya dilək şarları uçurdulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO