Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına Şuşa sakinləri də cəlb olunub.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Şuşa sakinləri proqramın dəstəyi ilə kiçik ailə təsərrüfat və müəssisələrini yaradıblar. Burada onlar kənd təsərrüfatı mallarının emalı, sənətkarlıq və suvenir istehsalı ilə məşğul olacaqlar.
Özünəməşğulluq proqramına qoşulan şuşalılar öz yurd-yuvalarına dönən kimi Şuşada dərhal həmin sahələrin tətbiqinə başlayacaqlar.
Proqrama qoşulan Şuşa sakinlərinə bizneslərini genişləndirmək üçün bütün şərait yaradılacaq.
Bizim.Media