Göygöldə hərbçilər qəzaya düşdü - 15 nəfər yaralandı - VİDEO

Göygöldə hərbçilər qəzaya düşdü - 15 nəfər yaralandı - VİDEO

Hazırda oxunan: Göygöldə hərbçilər qəzaya düşdü - 15 nəfər yaralandı - VİDEO

28924

Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğrayıb.

Bizim.Media-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil aşıb:

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfər orta-ağır vəziyyətdə olduğundan hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO