Prokurorluq dili qoparılan uşaqla bağlı məlumat yaydı

Prokurorluq dili qoparılan uşaqla bağlı məlumat yaydı

Hazırda oxunan: Prokurorluq dili qoparılan uşaqla bağlı məlumat yaydı

28918

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması, hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından daha bir valideyn zorakılığına məruz qalmış uşaq haqqında paylaşım etmişdi.

O, 5 yaşlı uşağın anası və onun sevgilisi tərəfindən ağır işgəncələrə məruz qaldığını, bədənindəki siqaret izləri, gematomalar, dilinin qoparılması kimi izlərə rast gəlindiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO