Xocavənddə minalanmış ərazilərdə yanğın baş verib - VİDEO

Xocavənddə minalanmış ərazilərdə yanğın baş verib - VİDEO

Hazırda oxunan: Xocavənddə minalanmış ərazilərdə yanğın baş verib - VİDEO

28890

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Medi-ya bildirilib ki, məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal yanğın baş vermiş əraziyə cəlb olunub.

Təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyi ilə yanğının bilavasitə Edilli kəndinə keçməsinin qarşısı alınıb, habelə kommunikasiya xətləri yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunmaqla baş vermiş yanğın söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO