Azərbaycanda

Azərbaycanda "Gəncəvi" adlı üzüm sortu yaradıldı

Hazırda oxunan: Azərbaycanda "Gəncəvi" adlı üzüm sortu yaradıldı

28825

Kənd Təsərrüfatı Naziliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən yeni üzüm sortu yaradılıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, "Gəncəvi" adlandırılan üzüm sortu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reyestrində qeydə alınıb.

"Gəncəvi" üzüm sortu Azərbaycanın qiymətli süfrə "Ağ şanı" və texniki "Bayanşirə" üzüm sortlarının hibridləşməsindən alınıb.

Sort universal istiqamətlidir. Həm təzə halda istifadəyə, həm də emal üçün yararlı texnoloji parametrlərə malikdir. Vegetasiya müddəti 156-164 gün arasında dəyişir. Gilələri sentyabr ayının axırlarında tam yetişir. Gec yetişən sortlar qrupuna mənsubdur.

Mildiu, oidium və boz çürümə xəstəliklərinə qarşı davamlılıq və dözümülülük (tolerantlıq) nümayiş etdirir. Məhsuldarlığı yüksəkdir.

Becərmə sistemindən və şəraitindən, tənəyin formasından asılı olaraq məhsuldarlığı fərqli olur. 

Salxımları ümumi kütləsinə görə şirə çıxımı 81,3%; qabıq və lətin qalığı 11,7%; daraq 3,6%; toxum 3,4% olur. 9 baldır. Salxım və gilələrin xarici görünüşü 3 balla, gilələrin dadı və aromatı 4 balla, qabıq və lətin xarakteri 2 balla qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO