Səhiyyə idarələrinin LƏĞVİ gündəmdə - RƏSMİ 

Səhiyyə idarələrinin LƏĞVİ gündəmdə - RƏSMİ 

Hazırda oxunan: Səhiyyə idarələrinin LƏĞVİ gündəmdə - RƏSMİ 

28823

Mətbuatda bir neçə səhiyyə idarələrinin ləğv edilməsi ilə bağlı xəbər dərc edilib. Söhbət Bakı Baş Səhiyyə İdarəsi, Sumqayıt şəhər Səhiyyə şöbəsi və Gəncə şəhər Səhiyyə İdarələrinin ləğv edilməsi ilə bağlı məlumatdan gedir. Xəbərdə deyilir ki, ləğv edilən şöbə və idarələrin əvəzinə Bakı Baş Səhiyyə Mərkəzi, Sumqayıt və Gəncə şəhər tibb Mərkəzləri publik hüquqi şəxs yaradılıb. 

İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyi sözügedən məlumatın həqiqətə uyğun olub-olmadığı iləbağlı Bizim.Media-nın sorğusunu cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

“İnsanlar pandemiyanın bitməsini düşünməsinlər” - Baş infeksionist XƏBƏRDARLIQ ETDİ


Məlumatda deyilir ki, Bakı Baş Səhiyyə İdarəsi hazırda fəaliyyət göstərir. İdarənin strukturu yeniləndikdən sonra bu barədə əlavə məlumat veriləcək:

“Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Gəncə şəhər Səhiyyə İdarəsi hazırda Gəncə Birləşmiş Şəhər Xəstəxanası adı altında fəaliyyət göstərir. 

Bakı Baş Səhiyyə İdarəsi, Sumqayıt Tibb Mərkəzi, Gəncə Birləşmiş Şəhər Xəstəxanası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərirlər.

Bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir. İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO