"Araz Supermarket" məhkəməyə verildi

Hazırda oxunan: "Araz Supermarket" məhkəməyə verildi

28758

"Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.

Bizim.Media-nın məlumatına görə, protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Abbas Rzayevin icraatındadır.

MMC-yə prokotol İnzibati Xətalar Məcəlləsinin 485.2 (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə tərtib olunub.

Bu xətaya görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO