Anası narkotik qəbul edən uşaq sığınacağa yerləşdirildi

Anası narkotik qəbul edən uşaq sığınacağa yerləşdirildi

Hazırda oxunan: Anası narkotik qəbul edən uşaq sığınacağa yerləşdirildi

28721

Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsi ilə bağlı fakt yerində araşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqlarının yanında narkotik qəbul edən ana və ata narkoloji mərkəzə göndəriləcək - RƏSMİ


Qeyd olunub ki, komitəninin müraciəti əsasında, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları,rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçirilib.

Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib.

Buna baxmayaraq ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Mənzildə olan azyaşlı isə uşaq sığınacağına yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO