Dini konfessiyaların rəhbərləri Polad Həşimov və İlqar Mirzəyevin məzarını ziyarət etdi - FOTO

Dini konfessiyaların rəhbərləri Polad Həşimov və İlqar Mirzəyevin məzarını ziyarət etdi - FOTO

Hazırda oxunan: Dini konfessiyaların rəhbərləri Polad Həşimov və İlqar Mirzəyevin məzarını ziyarət etdi - FOTO

28665

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi, alban-udi dini konfessiyalarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad İsrayıl oğlu Həşimovun və polkovnik İlqar Mirzəyevin İkinci Fəxri Xiyabandakı məzarlarını ildönümü münasibətilə ziyarət ediblər.

QMİ-dən Bizim.Media-ya verilən məlumata görə, şəhidlərin ruhuna Qurani-Kərim tilavət edilib, dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb. 

Anım mərasimində ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrindən Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Konstantin (Pimenov), Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa yəhudiləri dini icmasısnın sədri Aleksandr Şarovski və digərləri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO