Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur? – MƏLUMATLAR DAĞILIR

Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur? – MƏLUMATLAR DAĞILIR

Hazırda oxunan: Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur? – MƏLUMATLAR DAĞILIR

28664

“İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılsa da, bu qurumun informasiya resursu yoxdur. Ərazilərdə hansı layihələrin və proqramların icrasına başlanıldığı, hansıların planlaşdığı haqqında, prosesdə iştirak edən qurumlar və podratçı təşkilatlar haqqında məlumatlar kifayət qədər ictimai əhəmiyyət kəsb edir. Bu tip məlumatları ancaq dağınıq formada əldə etmək olur”.
 

MÖVZU İLƏ BAĞLI:

Keyfiyyətli və əlçatan İNTERNET – Azərbaycanda nə zaman olacaq?


Bizim.Media bildirir ki, bunu Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında bildirib: 

“Qurum sadəcə zaman-zaman görülmüş işlərlə bağlı məlumatları açıqlayır. Qərargahın internet resursunun, onun sosial media hesablarının hazırlanması, ən azı dövlət başçısının rəsmi saytında ayrıca bölmənin yaradılması, istiqamətlər üzrə məsul şəxslərin əlaqə imkanlarının yerləşdirilməsi, prosesə töhfə verə biləcək qurumlar və şəxslər üçün iştirak imkanları haqqında məlumatların burada açıqlanması faydalı olardı”. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO