Bakıda daha bir marşrut kart sisteminə keçir

Bakıda daha bir marşrut kart sisteminə keçir

Hazırda oxunan: Bakıda daha bir marşrut kart sisteminə keçir

28663

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən xəbərə görə, 16.07.2021-ci il tarixindən 62 nömrəli marşrut xətti (Sabunçu d/st. - N.Tusi küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə

Xətai rayonu üzrə:

Neapol 32,

N.Tusi küç.137,

N.Tusi 294Q,

S.Ə.Şirvani küçəsi

Sabunçu rayonu üzrə:

Əsildar Məmmədəliyev 76,

Kişvəri Dilməqani 11,

Sabunçu qəsəbəsi - Şəhər şosesi

Nizami rayonu üzrə:

Qara Qarayev pr. 102,

Əzim Əzimzadə 34/64,

Azər Manafov küç.,

Qara Qarayev 89,

Qara Qarayev pr.1 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO