Naxçıvan-Bakı-Naxçıvan avtobusları fəaliyyətini bərpa edir 

Naxçıvan-Bakı-Naxçıvan avtobusları fəaliyyətini bərpa edir 

Hazırda oxunan: Naxçıvan-Bakı-Naxçıvan avtobusları fəaliyyətini bərpa edir 

28600

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.

Bizim.Media xəbər verir ki, bu barədə  Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.

Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO