Bakıda avtomat kalaşnikovla qətl törədilib

Bakıda avtomat kalaşnikovla qətl törədilib

Hazırda oxunan: Bakıda avtomat kalaşnikovla qətl törədilib

2859

Bu gün səhər saatlarında sosial şəbəklərdə 10 AA 317 dövlət nişanlı Mersedes avtomobilinin yanında qətlə yetirilmiş bir kişinin şəkli yayılıb.

Öldürülmüş adamın yanında avtomat kalaşnikov silahı var. Fotoda avtomobilin baqajının açıq qaldığı və yerə uzanmış kişinin üzü örtülü olduğu görünür. 

Hadisə Nəsimi rayonu, Zeynalabdiyev küçəsində noyabrın 15-i saat 16 radələrində qeydə alınıb. 

1984-cü il təvəllüdlü Ramin Alməmməd oğlu Əliyev özünü ''AA'' seriyalı maşının yanında güllələyərək öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Məsələylə bağlı Bizim.Media araşdırmalarını davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO