Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - YENİLƏNİB - FOTO

Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - YENİLƏNİB - FOTO

28556

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevə 810 mənzilli yaşayış kompleksi barədə məlumat verib.  Burada 15 ədəd doqquzmərtəbəli bina inşa olunub. Bu dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunur.

Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb.

Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür.

İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir.

Kompleksin ərazisində 140 yerlik uşaq bağçası da inşa olunub. Burada balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün geniş imkanlar var. Bağçanın qrup otaqları, musiqi və idman zalları uşaqların zövqünə uyğun yaradılıb. Burada uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkarlamaq üçün hərtərəfli şərait var.

Müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb. Bu işlər sırasında onların avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilir.

İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Bu gün isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunur. 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib. 2021-ci ildə isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub.

***

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.

MÖVZU İLƏ BAĞLI:

Prezident  müharibə əlillərinə  verilən avtomobili sürdü - VİDEO


Prezident İlham Əliyev görüşdə çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO