Dənizdə batma təhlükəsi olan 7 nəfər xilas edildi

Dənizdə batma təhlükəsi olan 7 nəfər xilas edildi

Hazırda oxunan: Dənizdə batma təhlükəsi olan 7 nəfər xilas edildi

28552

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 90 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bizim.Media-ya FHN-dan verilən məlumata görə, ümumilikdə, ötən sutka ərzində 12 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən yeddi nəfər xilas edilib.

Həmçinin, 12.07.2021-ci il tarixində Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazidə batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO