AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na – Miladi təqvimlə 20 iyul tarixinə təsadüf edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qurban bayramı ilə bağlı fətvasında qeyd edilib.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair aşağıdakı tövsiyələrini çatdırıb:
“Bildiririk ki, qurban kəsmək, əsasən, Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:08 / 14.07.2021
QMİ Qurban bayramı ilə bağlı fətva verdi
Hazırda oxunan: QMİ Qurban bayramı ilə bağlı fətva verdi
Hazırda oxunan: QMİ Qurban bayramı ilə bağlı fətva verdi
28535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.