Bayram günlərində rayonlara avtobuslar işləyəcəkmi? – Rəsmi açıqlama GƏLDİ

Bayram günlərində rayonlara avtobuslar işləyəcəkmi? – Rəsmi açıqlama GƏLDİ

Hazırda oxunan: Bayram günlərində rayonlara avtobuslar işləyəcəkmi? – Rəsmi açıqlama GƏLDİ

28527

Bu həftənin sonundan etibarən Qurban bayramı ilə əlaqədar olaraq qeyri-iş günləri başlanır. Adətən bayram günlərində bölgələrə səfərlərlə bağlı təlabat böyük olur. Bəs, həmin günlərdə rayon və şəhərlərarası nəqliyyat fəaliyyət göstərəcəkmi?

Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında bildirib ki, məhdudiyyətlərin yumşaldılması barədə qərar verildikdən sonra şəhərlərarası və rayonlararası nəqliyyatın fəaliyyəti ilə bağlı nə həftəsonu, nə də bayram günlərində məhduduyyət tətbiq olunmayıb: 

“Qurban bayramı günlərində vətəndaşlarımız regonlara, eyni zamanda regionlardan Bakıya səfər edə biləcəklər”.

Təlabat artımı gözlənilirmi və belə olacağı təqdirdə avtobusların sayı artırılacaqmı?

Sektor müdiri bildirib ki, bayram günlərində Bakı Beynəlxalq Avtovağzal kompleksində də, respublikanın 56 avtovağzal kompleksində də gücləndirilmiş rejim elan olunacaq: 

“Elan olunan zaman nə qədər avtobus sayının artırılacağı açıqlanacaq. Əvvəldən, onlayn alınan biletlərlərə uyğun olaraq sərnişin axınının necə olacağını biləcəyik. Təbii ki, təlabatın çox olacağı ilə bağlı proqnozumuz var. Daha çox paytaxtdan regiona gedən avtobus sayında artım olacaq”.

Xatirə Nəsirli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO